Boks üzrə Avropa çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/8 finalda türkiyəli Fatih Keleşə 23:24 hesabı ilə məğlub olduqdan sonra Azərbaycan tərəfi protest verib. Siasport.az saytı xəbər verir ki, protestə AİBA-nın icraçı direktoru Xo Kim, Avropa Boks Federasiyasının (EUBC) prezidenti Umberto Furqoni, Avropa çempionatının texniki deleqatı Kisan Narşi, EUBC İcraiyyə komitəsinin üzvü Derenik Qabrielyan və Macarıstan Boks Federasiyasının prezidenti Şandor Çotoni bağlı qapılar arxasında baxıblar. 1 saatdan çox davam edən müzakirələrdə döyüşün lent yazısına təkrar-təkrar baxılıb.
Qeyd edək ki, Türkiyə Boks Federasiyasının bir çox üzvləri qeyri-rəsmi söhbətdə İsayevin qalib gəldiyini etiraf ediblər. Müzakirələr başa çatdıqdan sonra Kisan Narşi əvvəlcə Türkiyə Boks Federasiyasının prezidenti Eyyub Gözgəci təklikdə qəbul edib və qərarı onun nəzərinə çatdırıb. Daha sonra isə Azərbaycan nümayəndə heyətinin üzvünə protestin qəbul edilmədiyi və iyunun 21-də bu barədə yazılı açıqlama veriləcəyi söylənilib.
Xatırladaq ki, döyüşün 2-ci raundundan sonra hesab heç-heçə olub. 3-cü hissədə isə üstünlük İsayevin tərəfində olsa da, hakimlər yerli idmançının 1 xal fərqi ilə qələbəsini qeydə alıblar. 2-ci raundda rinq hakimi boksçumuza xəbərdarlıq edib ki, bu da rəqibə 2 xal gətirib. Üçüncü hissədə Keleş daim mübarizədən yayınsa da, hakim ona xəbərdarlıq etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB