Teymur Rəcəbov heç-heçələr silsiləsini davam etdirir

Teymur Rəcəbov heç-heçələr silsiləsini davam etdirir

Rumıniyanın Mediaş şəhərində keçirilən nüfuzlu "Kings Tournament" şahmat turnirində Azərbaycan qrossmeysteri Teymur Rəcəbov heç-heçələr silsiləsini davam etdirir. Siasport.az saytı xəbər verir ki, ikinci dövrənin üçüncü matçında həmyerlimiz amerikalı Hikaru Nakamura ilə qarşılaşacaq. Bu görüşdə Rəcəbov qara fiqurlarla oynayacaq.

Doqquzuncu turda Liviu-Diter Nisipyanu-Maqnus Karlsen, Sergey Karyakin-Vasili İvançuk cütlükləri də qarşılaşacaqlar.

Xatırladaq ki, Teymur Rəcəbov 8-ci turda ağ fiqurlarla Norveç təmsilçisi Maqnus Karlsenlə heç-heçə oynamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə