Superağır çəki dərəcəsində mübarizə aparan boksçumuz Avropa çempionatında mübarizəni dayandırdı

Superağır çəki dərəcəsində mübarizə aparan boksçumuz Avropa çempionatında mübarizəni dayandırdı

Ankarada keçirilən boks üzrə Avropa çempionatında 1/8 final mərhələsində son olaraq Fərid Paşayev rinqə çıxıb. Siasport.az saytı xəbər verir ki, superağır çəki dərəcəsində mübarizə aparan boksçumuz serbiyalı Milutin Stankoviçlə döyüşdə birinci raundu öz xeyrinə başa vursa da, üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. Nəticədə, boksçumuz məğlub olaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün Avropa çempionatında ¼ final mərhələsinin döyüşləri keçiriləcək. Boksçularımızdan ilk olaraq 49 kq çəki dərəcəsində yarışan Salman Əlizadə rinqə çıxacaq. Onun rəqibi fransalı Jeremi Bekku olacaq. 64 kq çəki dərəcəsində yarışan Heybətulla Hacəliyev isə İsveçi təmsil edən Türk əsilli Entoni Yigitlə qarşılaşacaq. 75 kq-da mübarizə aparan Rahib Bəylərovun rəqibi yerli idmançı ADEM Kılıccı olacaq. Teymur Məmmədovun rəqibi isə rusiyalı Abdulhəmid Nurməhəmmədov olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə