Avropa Liqasının püşatması keçirilib

Avropa Liqasının püşatması keçirilib

Avropa Liqasının cari mövsümünün püşkatması keçirilib. Siasport.az saytı xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən AZAL və \"Qarabağ\" klubları müvafiq olaraq Belarusun "FC Minsk" və Litvanın "Banga" klubları ilə üzləşəcəklər.

Püşkə əsasən, NBC Bank Azərbaycan kubokunun qalibi \"Xəzər Lənkəran\" klubu isə İsarilin \"Makkabi\" (Tel-Aviv) klubu ilə qarşılaşacaq. I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq \"Qarabağ\" və AZAL klubları uğur qazanacaqları təqdirdə növbəti mərhələdə müvafiq olaraq \"Streymur\" (Farer adaları) və \"Qaziantep\" (Türkiyə) klubları ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 14 iyulda, cavab qarşılaşmaları isə 21 iyul tarixlərində keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə