IX Avropa çempionatında Azərbaycan komandası bu gün ilk oyununu keçirəcək

IX Avropa çempionatında Azərbaycan komandası bu gün ilk oyununu keçirəcək

Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tələbələr arasında futbol üzrə IX Avropa çempionatında Azərbaycan komandası bu gün ilk oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamızın rəqibi almaniyalı tələbələrdən ibarət kollektiv olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, C qrupunda mübarizə aparan təmsilçimizin digər rəqibi Kipr komandasıdır. Azərbaycan - Kipr oyunu iyunun 22-də, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə