Son İspaniya çempionu və UEFA Çempionlar Liqasının sonuncu qalibi \"Barselona\" futbol klubu daha bir səs-küylü transfer reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, katalon klubu İtaliyanın \"Udenize\" futbol klubunda forma geyinən 22 yaşlı çilili futbolçu Aleks Sançesi 54 milyon avroya transfer etməyə hazırlaşır. Bu barədə Çilidə dərc olunan \"La Trecera\" qəzeti məlumat yayıb. Qəzet iddia edir ki, artıq \"Barselona\" klubunun təmsilçiləri ilə futboçunun menecerləri arasında ilkin danışıqlar uğurla yekunlaşıb, bu həftə ərzində \"Barselona\" klubu tərəfindən çilili futbolçunun transferi ilə bağlı rəsmi açıqlama da veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB