"Qarabağ" Bəxtiyar Soltanovun transferini reallaşdırdı

"Qarabağ" Bəxtiyar Soltanovun transferini reallaşdırdı

"Qarabağ" klubu daha bir yerli futbolçu transfer edib. Siasport.az saytı xəbər verir ki, bir neçə gündür Bəxtiyar Soltanovla danışıqlar aparan Ağdam klubu gənc hücumçunun transferini reallaşdırıb.

"Qarabağ" artıq Bəxtiyarla münasibətlərini rəsmiləşdirib. Gənc futbolçu ağdamlılarla iki illik müqaviləyə imza atıb.

Qeyd edək ki, "Bakı"dan 250 min manat pul istəyən Bəxtiyar rəhbərliklə anlaşa bilmədiyi üçün klubdan ayrılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə