Yunis Hüseynov məşqçi karyerasını İranda davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə fanat.az-a mütəxəssisin özü məlumat verib.
İranlı menecer Hüseynova iki klub təklif edib. 46 yaşlı mütəxəssis bu günlərdə qonşu ölkəyə səfər edib. 5 günlük səfər çərçivəsində hər iki klubun prezidenti ilə görüşən Y.Hüseynov sırağagün vətənə dönüb.
Hüseynov İran klublarından fikirləşmək üçün 10 gün vaxt istəyib: "İnşallah, yaxın 10 gündə qərarımı verəcəm. Hələ ki, fikirləşirəm".
Y.Hüseynova təklif aldığı klubların adını açıqlamasa da, onlardan birinin güclülər (Pro Liqa), digərinin isə I dəstədə çıxış etdiyini bildirib.
Qeyd edək ki, Yunis Hüseynov məşqçi karyerası ərzində "Karvan" və "Standard"ı çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB