"Tottenhem" prezidenti: "Luka Modriç satılıq deyil"!

"Tottenhem" prezidenti: "Luka Modriç satılıq deyil"!

İngiltərənin "Tottenhem" futbol klubunun prezidenti Daniel Levy yamanca qəzəblənib. Siasport.az saytı xəbər verir ki, buna səbəb son günlər İngiltərə mətbuatında "Tottenhem"in xorvatiyalı futbolçusu Luka Modriçin "Çelsi" və hazırkı ölkə çempionu olan "Mançester Yunayted"ə transfer olunmasıdır. İngilis futbol klubunun prezidenti "The Quardian" qəzetinə verdiyi açıqlamada bildirib ki, onlar L.Modriçi heç bir futbol klubuna satmağı düşünmürlər və bu barədə heç söhbət də gedə bilməz. L.Modriçin "Tottenhem" üçün vacib futbolçu olduğunu deyən klub prezidenti, bu cür informasiyaların mətbuata çıxarılmasında bir dıra böyük ingilis klubalrının əli olduğunu da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə