İstanbulun "Qalatasaray" futbol klubu çox çətin bir vəziyyətlə qarşı-qarşıya qalıb. Siasport.az saytı xəbər verir ki, buna səbəb, bir müddət bundan əvvəl "Qalatasaray" prezidentinin "Atletiko Madrid"in 3 ulduz futbolçusunu transfer etdiyi ilə bağlı verdiyi açıqlamadan sonra, onlardan birinin İstanbul klubuna keçməkdən imtina etməsidir. Belə ki, "Atletiko Madrid"in ulduz futbolçusu bu gün jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun ispan təmsilçisini tərk etmək fikri yoxdur. Hazırkı klubu ilə daha 2 illik müqaviləsinin qüvvədə olduğunu deyən D.Forlan əlavə edib ki, o hazırda "Atletiko Madrid"dəki futbol həyatından məmnundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB