Quss Hiddinq bu həftə \"Çelsi\"nin baş məşqçisi təyin olunacaq?

Quss Hiddinq bu həftə \"Çelsi\"nin baş məşqçisi təyin olunacaq?
Deyəsən İngiltərənin \"Çelsi\" futbol klubunun rusiyalı sahibi Roman Abromoviç yaxın dostu, futbol üzrə Türkiyə milli komandasının hazırkı baş məşqçisi Quss Hiddinqi \"zadəganlar\"ın sükanı arxasına keçirəcəyinə möhkəm and içib.Siasport.az saytı xəbər verir ki, buna səbəb rusiyalı iş adamının hollandiyalı futbol mütəxəssisini İstanbuldan ayırmaq üçün gərgin mübarizə aparması və ən əsası bütün ingilis qəzetlərinin bugünkü manşetlərində Q.Hiddinqin artıq bu həftə içərisində İstanbuldan ayrılaraq Londona gələcəyi və \"Çelsi\"nin sükanı arxasına keçəcəyi barədə xəbərlərin dərc olunmasıdır. Xüsusi ilə \"Dail Mail\" qəzeti iddia edir ki, artıq Türkiyə Futbol Federasiyası ilə də bütün məsələlər həll olunub və R.Abromoviç Q.Hiddinqin gəlişi üçün bütün hazırlıqlarını görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə