Cüdoçularımız Avropa kubokunda 2 medal qazanıblar

Cüdoçularımız Avropa kubokunda 2 medal qazanıblar

Sloveniyanın Çelje şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Avropa kubokunda Azərbaycan yığma komandası cəmi iki medal qazanıb. JudoOnline.info-dan siasport.az saytına verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində Rüstəm Orucov gümüş və -90 kiloqram çəki dərəcəsində Ramin Qurbanov Avropa kubokunun bürünc medalnı qazanıblar.

Xatırladaq ki, gənclərdən ibarət milli yığma komandanın məşqçisi Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında ümumilikdə 12 cüdoçumuz yarışlarda mübarizə aparıb.

Digər cüdoçularımızdan Orxan Səfərov (-60 kq) 5-ci və Emil Həsənov (-66 kq) 7-ci yerə layiq görülüblər.

Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 30 ölkə arasında 10-cu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə