\"Abşeron\" FK bu həftədən hazırlığa başlayır

\"Abşeron\" FK bu həftədən hazırlığa başlayır

\"Abşeron\" FK bu həftədən etibarən Azərbaycan Premyer Liqasının oyunlarının hazırlığına start verir. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytına açıqlamasında \"Abşeron\" FK-nın prezidenti Yaşar Rüstəmov məlumat verib. Hazırda klubun işlərilə bağlı Türkiyədə səfərdə olan Y.Rüstəmov komandanın gələcək fəaliyyətilə bağlı işgüzar səfərində bir sıra görüşlər keçirir. Bundan əlavə Y.Rüstəmov komandayla bağlı son zamanlar yayılan informasiyalara aydınlıq gətirərək bildirib ki, klub fəaliyyətini nəzərdə tutulan proqram üzrə həyata keçirib. Sponsorların dəyişməsiylə bağlı mövzuya toxunan klub prezidenti qeyd edib ki, komanda əvvəlki tərəfdaşıyla əməkdaşlığını davam etdirir və yeni sponsorların cəlb edilməsiylə bağlı danışıqlar aparır.

O, həmin sponsorların arasında son vaxtlar ölkə mətbuatında adı hallandırılan \"Azərkimya\" İB-nın olmadığını vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə