İyun ayının 24-26-da Maltanın Kottonera şəhərində yeniyetmələr (oğlan və qızlar) arasında Avropa çempionatı keçiriləcək. JudoOnline.info-dan siapsort.az saytına verilən məlumata görə, yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ümumilikdə ölkəmizi 15 cüdoçu-Sadıx Məhərrəmov, Mirsədi Gəncəli ( hər ikisi -50 kq), Elbrus Zamanov, İsgəndər Talışınski (hər ikisi -55 kq), Fəqan Quluzadə, Rəşad Rufullayev (hər ikisi -60 kq), Hüseyn Rəhimli, Mixayıl Ananyev (hər ikisi -66 kq), Firuddin Dadaşov (-73 kq), Kamran Hüseynov (-81 kq), Şükürov Cəlil (-90 kq), Çinarə Quliyeva (-40 kq), Səkinə Zayirova (-44 kq), Nəzakət Məhərrəmova (-48 kq) və Əfsanə Hüseynova təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB