Tomas Ujfalus "Türk Telekom Arena"da!

Tomas Ujfalus "Türk Telekom Arena"da!
İstanbulun "Qalatasaray" futbol klubunun İspaniyanın "Atletiko Madrid" futbol klubundan transder etdiyi 3 ulduz futbolçudan biri artıq bir neçə saat bundan əvvəl İstanbula gəlib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Çexiya milli komandasının aparıcı futbolçusu Tomas Ujfalus artıq "Qalatasaray"ın yeni stadionu olan "Türk Telekom Arena"nı gəzərək, klubun  idman arenası ilə tanış olub. Çexiyalı futbolçu sabah  tibbi yoxlanışdan keçərək "Qalatasaray"la  rəsmi müqaviləyə imza atacaq. Türkiyə mətbuatının xəbərinə görə, qalan iki futbolçu Diyeqo Forlan və Xose Antonio Reyesin də qarşıdakı həftə içərisində İstanbula gələrək  "Qalatasaray"ın heyətinə qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə