Arsen Venger "Arsenal" rəhbərliyinə niyə qəzəbləndi?

Arsen Venger "Arsenal" rəhbərliyinə niyə qəzəbləndi?

İngiltərənin "Arsenal" futbol klubunun fransız baş məşqçisi Arsen Venger klubun rəhbərliyinə bərk qəzəblənib. Siasport.az saytı xəbər verir ki, ağır təbiətli insan kimi tanınan təcrübəli futbol mütəxəssisini özündən çıxaran əsas məsələ, "Arsenal" rəhbərliyinin transfer bazarında "əini-qolunu yanına salıb gəzməyidir". Artıq Avropanın əksər iddialı klubları transfer işlərini yekunlaşdırmaq üzrə olsalar da, nədənsə "topçular"ın düşərgəsində sakitçilik hökm sürür ki, bu da ondan İngiltərə çempionluğunu tələb edən "Arsenal" rəhbərliyinə qarşı A.Vengerin qəzəblənməsinə gətirib çıxatıb. "The Quardian" qəzeti iddia edir ki, dünən klub rəhbərliyi və transfer komitəsi ilə görüş keçirən A.Venger, klubun menecerlərinin transfer axtarışında olmamalarını heç cürə başa düşmədiyini deyərək, "Arsenal"ın müdafiə və hücum xəttində yeni futbolçulara ciddi ehtiyac olduğunu rəhbərliyin diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə