Usta cüdoçularımız 2 qızıl,1 bürünc medal qazanıblar

Usta cüdoçularımız 2 qızıl,1 bürünc medal qazanıblar

Usta cüdoçularımız - Vüqar Budaqov (66 kq) və Rəsul Səlimov (90kq) bütün rəqiblərini məğlub edərək dünya çempionatının qızıl, Mühamməd Müslumzadə (+100 kq) isə bürünc medalına sahib çıxıblar. JudoOnline.info-dan siasport.az saytına verilən məlumata görə, V Budaqov ilk üç qarşılaşmasında Fransa, Macarıstan, Çexiya təmsilçilərini məğlub edərək, yarımfinala çıxıb. Yarımfinal görüşündə Rusiya idmançısı Serqey Boçarovu da məğlub edən idmançımız finala çıxıb. Finalda Vüqar özünü yorğun hiss etdirsə də Avstirya cüdoçusu Eviç İvinqerinin başını qaldırmağa imkan verməyib, onu vazari fəndi ilə məğlub edib.

90 kq çəki dərəcəsində Rəsul Səlimov ilk iki qarşılaşmasında Monqolustan və Almaniya təmsilçilərini məğlub edərək, yarımfinala çıxıb. O, yarımfinal görüşündə Rusiya idmançısı Aleqsey Qusevi məğlub edərək finala çıxıb. Finalda başqa bir Rusiya cüdoçusu Alexsey Qorbenkoyla qarşı-qarşıya gələn R.Səlimov bir yuko xalı və ippon fəndi tətbiq edərək təmiz qələbə qazanıb.

Xatırladaq ki, R. Səlimov dünya və Avropa çempionatının mükafatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə