"Böyük dəbilqə" turnirində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində start götürəcək cüdo üzrə "Böyük dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. JudoOnline.info-dan siasport.az saytına verilən məlumata görə, iki gün davam edəcək yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında ümumilikdə ölkəmizi 9 cüdoçumuz-Nicat Şıxəlizadə, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcək.
Qeyd edək ki, "Böyük dəbilqə" turnirinin qalibi 300, 2-ci yerin sahibi 180, 3-cü yerin sahibi 120, 5-ci yerin tutan cüdoçu isə aktivinə 60 lisenziya xalı yazdıracaq.
Yarışların təqvimi:
18 İyun 2011
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 60, 66, 73, 48, 52, 63, 70 kq.
Yarımfinal və final mərhələsi saat 01:00 -da davam edəcək.
19 İyun 2011
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 81, 90, 100, +100, +78, +78 kq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB