Deyəsən "Qalatasaray"ın Didye Droqba sevdası baş tutana oxşayır. Siasport.az saytı xəbər verir ki, buna səbəb, fildişi saillərindən olan qara dərili futbolçunun "Çelsi" futbol klubu ilə 1 illik müqavilə imzalamaqdan imtina etməsi və ona yenidən 3 illik müqavilə təklif olunmayınca ingilis klubunu tərk etməyə qərar verməsidir. Artıq İngiltərə mətbuatı da D.Droqbanın "zadəganların" heyətini tərk etməyə çox yaxın olduğunu yazır. Türkiyə mətbuatı isə iddia edir ki, bu xəbərdən sonra "Qalatasaray" rəsmiləri onunla təmasa keçərək, bir müddət əvvəl ona etdikləri son dərəcədə sərfəli təkliflərinin qüvvədə olduğunu xatırladıblar. Belə görünür ki, "Atletiko Madrid"dən gözü "su içməyən" "cim bom" rəhbərliyi, D.Droqbanı əlində alternativ kimi saxlamağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB