Öncə topsuz, sonra topla

"Qarabağ" klubu Türkiyədə hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, hazırlığın 9-cu günündə komandanın 2 məşqi baş tutdu. Günün səhər məşqi yerli vaxtla 10:30-a oldu. Məşq daha çox fiziki hazırlığa yönəlmişdi. Belə ki, yüngül qaçışın ardından 2 qrupda "kvadrat" oynayan komanda bununla da topdan imtina etdi. 90 dəqiqəlik məşq yüngül qaçışla başa çatdı.

Günün 2-ci çalışmasında isə topa üstünlük verildi. Topla müxtəlif hərəkətləri yerinə yetirən komanda fərqli vəziyyətlər üzərində çalışdılar. Məşqin sonunda isə futbol oynanıldı.

Qeyd edək ki, ayağındakı ağrı səbəbindən son 2 məşqi buraxan Qara Qarayevlə yanaşı, eyni səbəbdən son çalışmanı kənardan izləyən Namiq Yusifov məşqlərdə iştirak etməyə başlayıblar.

Komandanın sabahkı məşqi 10:30-a nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə