Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında ilk gün geridə qalıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan idmançılarından Salman Əlizadənin qələbəsindən sonra rinqə Elvin Məmişzadə (52 kq) çıxıb. Son Avropa çempionatının gümüş mükafatçısı Türkiyə təmsilçisi Selcuk Ekerlə üz-üzə gəlib. Yerli publikanın dəstəyi ilə irəli atılan Eker yalnız ilk raundda çətinlik çəksə də, qələbəni təmin edib- 22:11. Bu görüşdən sonra həmyerlilərimizdən Elvin İsayev (60 kq) rinqə çıxıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma xala-xal prinsipi üzrə davam edib. Sonuncu raundda Azərbaycan idmançısının əsəbləri daha möhkəm olub. 16:15 hesabı ilə qalib gələn İsayev növbəti mərhələyə vəsiqəni təmin edib. Elvin İsayev növbəti döyüşündə Türkiyə boksçusu Fatih Keleşlə qarşılaşacaq. İyunun 18-də Azərbaycan idmançılarından Rəhim Nəcəfov bolqarıstanlı Detelin Dalakliyevlə, Heybətulla Hacəliyev latviyalı Artur Axmetovla, Osman Əliyev sloveniyalı Ervin Brulçla, Teymur Məmmədov isə macarıstanlı Yozef Darmoşla üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB