"Qalatasaray" Necati Atəşi də geri qaytarır

"Qalatasaray" Necati Atəşi də geri qaytarır
İstanbulun "Qalatasaray" futbol klubu keçmiş futbolçusu Necati Atəşi yenidən doğma klubuna qaytarır. Siasport.az saytı xəbər verir ki, dünən bütün Avropa futbolunda bomba sayılacaq möhtəşəm transfer reallaşdıran və "Atletiko Madrid" futbol klubunun 3 ulduz futbolçusu ilə prinsipcə razılığa gələn İstanbul nəhəngi, eyni zamanda keçmiş futbolçularını da geri qaytarmağa başlayıb. Belə ki. "cim bom"un yeni baş məşqçisi Fatih Terimin istəyi ilə "Qalatasaray" rəhbərliyi hazırda "Antalyaspor"da forma geyinən N. Atəşi də iyunun 20-dək transfer etməyə çalışır. Artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub, təkcə transferin maliyyə şərtləri qalıb. "Antalyaspor"un prezidenti olan Hasan Akıncıoğlu da dünən bir idman radiosunda açıqlama verərək, hazırda bu transferlə bağlı tək bir problemin maliyyə məsələsi olduğunu təsdiqləyib. O deyib ki, "Qalatasaray" prezidenti Ünal Aysalla bu məsələni konkretləşdirdikdən sonra N.Ateşin "Qalatasaray"a transferi üçün heç bir maniə qalmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə