Futzal üzrə yığmaların növbəti reytinq siyahısı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, aktivində 2064 xal olan Azərbaycan yığması ötən ay olduğu kimi, dünya reytinq cədvəlində yenə də 14-cü yerdədir. Komandamız postsovet ölkələri komandaları arasında yalnız Rusiya və Ukrayna yığmalarından geri qalır.
Siyahıya 2372 xalla Braziliya yığması başçılıq edir.
Qeyd edək ki, dünya reytinqi 135 komandanı əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB