15-16 iyun tarixlərində Dağıstanın Çarada şəhərində Davud Məhəmmədovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 5 medal - 1 qızıl, 2 gümüş və 2 bürünc qazanıb.
120 kq çəkidə finalda iki Azərbaycan təmsilçisi qarşılaşıb. Əli İsayevin qələbəsi ilə başa çatan görüşdə Ali Maqomeddabirov gümüş medala yiyələnib.
Digər gümüş medalı komandamıza Emin Əzizov (66 kq) qazandırıb. 66 kq çəkidə təmsilçimiz David Suynuçxanov isə bürünc medala layiq görülüb.
74 kq çəkidə mübarizə aparan Aqil Quliyev də turniri bürünc medalla başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB