İngiltərənin "Arsenal" futbol klubunun ulduz futbolçusu Serg Fabregas, hazırkı klubunda çox xoşbəxt olduğunu və heç yana getmək istəmədiyini dilə gətirib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu "Barselona"ya transfer olunacağı ilə bağlı deyilənlər barədə də fikrini açıqlayıb. S.Fabreqas diqqətə çatdırıb ki, onun İspaniyanın və ya başqa bir ölkənin futbol klubuna getməsi, ilk əvvəl "Arsenal"ın fransız baş məşqçisi Arsen Vengerin qərarından asılı olacaq. Belə ki, A.Vengeri özünün müəllimi hesab edən S.Fabregas jurnalistlərə bildirib ki, fransız mütəxəssisin rəyi onun üçün çox vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB