Qırğızıstan millisi Tacikistan yığmasına məğlub oldu

Qırğızıstan millisi Tacikistan yığmasına məğlub oldu

Caspian Cup beynəlxalq turnirində Qırğızıstan millisi Tacikistan yığması ilə qarşılıb. Siasport.az saytı xəbər verir ki, oyunda taciklər 1:0 hesabı ilə qalib gəliblər.

Matç barədə məlumatları nəzərinizə çatdırırıq:

16 iyun 2011-ci il. Saat 10:00. Bakı. Şağan Olimpiya İdman Kompleksi

Baş hakim: Haşımov Ceyhun

Baş hakimin köməkçiləri: Əliyev Nahid, Bayramov Vüqar

Dördüncü hakim: Məhərrəmov Ramiz

Hakim-inspektor: Mürşüdov Fazil

AFFA nümayəndəsi: Əmirov Rauf

Sarı vərəqə: E. Temirbayev, 26, A. Nurbek, 37 // A. Jurayev, 26.

Qol: M. Zoirov, 70

Qırğızıstan: 16. Urmat Caparov, 3. Danila Sokirçenko, 4. Ruzbek Bakit, 5. Askarbek Saliyev, 6. Erzat Toktaliyev, 7. Azamat Nurbek (k), 8. Yeqor Naydenov, 9. Çingiz Alimov, 10. Elhan Temirbayev, 12. Salvar Alioşmanov (11. Davlatjan Baratov, 30), 13. Çolponbay Taşibekov.

Ehtiyat oyunçular: 1. Ramazan Adiqamov, 15. Jenişbek Şeraliyiev, 17. Çingiz İdrisov, 18. Manas Karipov, 2. Tenir Bakitbek, 14. Beris Tunarov.

Baş məşqçi: Marat Jumakeyev

Tacikistan: 1. Dilşod Dodoboyev, 2. Xayriddin Samandari (18. Xotam Alişeri, 77), 3. Alişer Jurayev, 4. Akbarson Nosirov, 15. Bobomirzo Berotov, 6. Cahongir Aliyev, 7. Marmar Zoirov (k), 14. Vaysiddin Saparov, 11. Komron Tursunov (19. Umedson Qadirov, 78), 20. Siyovuş Mukşin (10. Huseyn Yakubov, 62), 22. Nasimson Mamatkulov (17. Rahmatulla Yokubov, 79).

Ehtiyat oyunçular: 16.Muradulla Saido, 12. Akbar Bobomurodov, 27. Nekruz Davlatov

Baş məşqçi: Numonson Yusupov

Məşqçi fikirləri

Marat Jumakeyev (Qırğızıstan U-17 yığmasının baş məşqçisi): "İlk növbədə bu yarışı təşkil etdiklərinə görə AFFA-ya dərin minnətdarlığımı bildirirəm. Meydanda əsl mübarizəyə şahidlik etdik. Oyun bərabər səviyyədə getsə də, sonda buraxdığımız bir səhv ucbatından məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".

Numonson Yusupov (Tacikistan U-17 yığmasının baş məşqçisi): "Ən əsası, komandamız qalib gəldi. Bütün göstəricilərdə rəqibdən üstün olsaq da, yalnız ikinci hissədə qol vura bildik. Bu, bizim beynəlxalq arenada ilk qələbəmizdir. Bu yarışı təşkil etdiyinə görə AFFA-ya minnətdarlığımı bildirirəm. İspaniya, Türkiyə, Azərbaycan kimi komandalarla oyunlarda kifayət qədər təcrübə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə