"Azərreyl" Oksana Parxomenkonu transfer etdi

"Azərreyl" Oksana Parxomenkonu transfer etdi
"Azərreyl" heyətini Azərbaycan yığmasının kapitanı ilə gücləndirib. Siasport.az saytı xəbər verir ki, Bakı klubu Oksana Parxomenkonu heyətinə qatmaqla transfer bombasını partladıb.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Azərreyl" üç illik fasilədən sonra Parxomenkonu heyətinə qatıb.

Xatırladaq ki, Oksana son iki mövsümü Moskva "Dinamo"sunda keçirib. 27 yaşlı voleybolçu ilə 1 illik rəsmi müqavilə imzalanıb.
Parxomenko 2001-2008-ci illərdə də "Azərreyl"in şərəfini qoruyub. O, 2008-2009-cu illlər mövsümündə "Fənərbaxça"da forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə