Braziliya futbolunun canlı əfsanələrindən sayılan Artur Ziko, nəhayət ki, özünə yeni iş yeri tapmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, bir neçə il bundan əvvəl İstanbulun \"Fənərbaxça\" futbol klubunun da baş məşqçisi olmuş və İstanbul klubu ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər irəliləmiş braziliyalı futbol mütəxəssisi, deyəsən qarşıdakı günlərdə futbol üzrə Əlcəzair milli komandasının sükanı arxasına keçəcək. Türkiyənin məşhur \"Milliyet\" qəzeti xəbər verir ki, milli komandanın baş məşqçisi olmağa Yurgen Klinsmann, Karlos Dunqa, Vahid Halilhodzic kimi isimlər də namizəd olsalar da, Əlcəzair Futbol Federasiyası, sonda A.Zikonun namizədliyi üzərində dayanıb. Artıq Federasiya təmsilçilərinin 58 yaşlı futbol mütəxəssisi ilə apardıqları danışıqların müsbət nəticələndiyi və qarşıdakı həftə ərzində rəsmi açıqlama veriləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB