Bu gün "Kəpəz" Peşəkar Futbol Klubunun rəsmi loqosu ictimaiyyətə təqdim olunub. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, klubda ad dəyişikliyi olduğu üçün rəhbərlik yeni loqonun hazırlanması barədə göstəriş vermişdi. Bir neçə nümunə içərisində Kəpəz dağı xüsusi vurğulanan loqo qəbul olunub. Məqsəd Rəhimov artıq yeni loqaya uyğun digər atributların da yaxın vaxtlarda ictimaiyyətin diqqətinə çatdırılacağını əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB