Ramzan Kadırov Ruud Qulliti \"Terek\"dən qovur?

Ramzan Kadırov Ruud Qulliti \"Terek\"dən qovur?

Rusiyanın \"Terek\" futbol klubu, hollandiyalı baş məşqçi Ruud Qullitlə münasibətlərə son qoymağı düşünür. Siasport.az saytı xəbər verir ki, buna səbəb kimi, klubun Rusiya çempionatındakı hazırkı acınacaqlı durumu ilə bağlıdır. Hazırda Qroznı təmsilçisi, turnir cədvəlinin 14-cü sırasında yer alır. \"Terek\"in rəhbəri, eyni zamanda Çeçenistan prezidenti olan Ramzan Kadırov da klubun rəsmi saytına verdiyi açıqlamada belə vəziyyəti heç vaxt xatırlamadığını, tezliklə lazım olan qərarlar verəcəyini dilə gətirib. O. Qullitin işindən ciddi şəkildə narazı olduğunu, hollandiyalı futbol mütəxəssisinin səhərdən axşama qədər barlardan çəkilmədiyini bildirib. R.Kadırov, onunla olan müqaviləni yenidən nəzərdən keçirəcəklərini də dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə