Moskvada Beynəlxal Çimərlik Futbolu Federasiyasının seminarı keçirilib. Siasport.az saytı xəbər verir ki, seminarda İtaliyada keçiriləcək Dünya Çempionatına və Avropa Kubokunun finalına hazırlıq üçün hakimlərə təlimlər keçirilib. Əldə etdiyimiz məlumata görə, həmyerlimiz, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev seminarda rəhbər kimi iştirak edib. Belə ki, Həmzəyev Beynəlxal Çimərlik Futbolu üzrə yarışların keçirilməsində hakimlərin hazırlığı üzrə təşkilat komitəsinə üzv seçilib. Komitəyə üzv seçilən həmyerlimiz həmin seminarda hakimlərin hazırlığına rəhbərlik edib. //mundial.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB