"Kəpəz" klubu iki futbolçu ilə anlaşdı

"Kəpəz" klubu iki futbolçu ilə anlaşdı

"Kəpəz" PFK artıq ilk transferlərini reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, qapıçı Ruslan Məcidovla yollarını ayıran "Kəpəz" klubu AZAL-ın şərəfini qorumuş Elşən Poladovla razılığa gəlib. Bu barədə məlumatı klubun prezidenti Elmir Əliyev verib. Onun sözlərinə görə Poladovla 1 illik müqavilə imzalanıb. Transfer məsələlərinə toxunan Elmir Əliyev "Muğan" klubunun yarımmüdafiəçisi Zaur Əsədovla da müqavilə imzalandığını bildirib. O qeyd edib ki, Zaur qarşıdakı mövsümdə "Kəpəz"in şərəfini qoruyacaq.

Qeyd edək ki, "Kəpəz" PFK-ya baş məşqçi Mehman Allahverdiyevin təyinatından sonra komandada gəncləşdirməyə üstünlük verilir. Elmir Əliyev bildirib ki, hazırda baş məşqçi Mehman Allahverdiyev və onun köməkçisi Vidadi Rzayev Rusiyadadırlar və onlar bir neçə futbolçu ilə yaxından maraqlanırlar.


Bütün xəbərlər Facebook səhifəmizdə