Portuqaliyanın "Sportinq" futbol klubu, sən demə İstanbulun "Beşiktaş" futbol klubunda forma geyən həmyerliləri Quarsemanı transfer etməyi düşünürmüş. Siasport.az saytı xəbər verir ki, bu xəbər İstanbul klubunun prezidenti Yıldırım Dəmirörəni özündən elə çıxarıb ki, başqan klubun transfer komitəsini ayağa qaldırıb. Belə ki, kluba daxil olan məlumatda, "Sportinq" futbol klubunun Quaresma üçün 5 milyon avro pul ödəməyə və İstanbul klubuna iki hücumçu verməyə hazır olduğu ortaya çıxıb. Y.Dəmirörən isə, bu ucuz təklifi rədd edərək, cəmi bir ay öncə İspaniya təmsilçilərindən birinin Quaresma üçün nə az, nə çox düz 20 miyon avronu gözdən çıxardığını diqqətə çəkib, daha sonra 5 milyonluq təklifi heç eşitmək belə istəmədiyini açıqlayıb. O, Quaresmanın "Beşiktaş" üçün önəmli futbolçu olduğunu bir daha bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB