Azərbaycanın veteran cüdoçuları dünya çempionatında iştirak edəcəklər
İyunun 16-dan 19-dək Almaniyanın Frankfurt şəhərində usta cüdoçular arasında dünya çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu yarışda veteran cüdoçularımızdan - Natiq Babazadə (-60 kq), Vüqar Budaqov, Zülfiqar Hüseynov (hər ikisi -66 kq), Çingiz Muradov , Elçin Əhmədov, Famil İsmayılov, Azər Adıgözəlov (hər dördü -73 kq), Mübariz Cəfərov, Rafiq Hüseynov, Seyfəl Əsgərov (hər üçü -81 kq), Fərhad Rəcəbli, Rəsul Səlimov (hər ikisi -90 kq), Azər Əsgərov, Asəf Əsədov, Mübariz Pənahov (hər üçü -100 kq), Məhəmməd Müslümzadə (+100 kq) və xanım cüdoçularımızdan isə Zülfiyyə Hüseynova (-70 kq) mübarizəyə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB