"Mançester Yunayted" 29 milyon dollara 19 yaşlı futbolçunu transfer etdi!

"Mançester Yunayted" 29 milyon dollara 19 yaşlı futbolçunu transfer etdi!

İngiltərənin "Mançester Yunayted" futbol klubu, daha bir uğurlu transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar", "Blekbörn" futbol klubunun 19 yaşlı forvardı Pil Joneslə 5 illik müqavilə imzalayıb. Futbolçunun özü isə mətbuata açıqlamasında, "Mançester Yunayted" kimi futbol nəhəngində forma geymək şansının, hər bir insanın ömründə ancaq bir dəfə qismət olduğunu bildirib. "Blekbörn" futbol klubu isə, rəsmi açıqlama verərək, P.Jonesin "Mançester Yunayted"ə 29 milyon dollara transfer olunduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə