İstanbulun "Qalatasaray" futbol klubu, İtaliyanın "Latsio" futbol klubunun uruqvaylı qapıçısı Fernando Musleranı transfer etməkdə artıq heç bir problem görmür. Siasport.az saytı xəbər verir ki, hər halda belə olmasaydı, İstanbul nəhənginin baş məşqçisi Fatih Terim İtaliyanın "Lalaziosiamonoi.it." internet idman portalına açıqlamasında, artıq uruqvaylı qolkiperin transferinin 90 faiz həll olunduğunu dilə gətirməzdi. "İmperator", italyan həmkarlarımıza bildirib ki, o artıq rəsmi imza olmasa da, F.Musleranın çox böyük ehtimalla "Qalatasaray"ın çərçivəsini qoruyacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB