Vaqif Cavadov \"Qarabağ\" klubuna qayıda bilər

Vaqif Cavadov \"Qarabağ\" klubuna qayıda bilər
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov yenidən karyerasını "Qarabağ" klubunda davam etdirə bilər. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, hazırda Ağdam klubu sabiq hücumçusunun Hollandiyanın "Twente" klubundan icarə götürülməsinin mümkünlüyünü nəzərdən keçirir. Qeyd edək ki, son mövsümü icarə əsasında "Bakı"da keçirən Vaqif hələ də Hollandiya klubuna məxsusdur. Hazırda Cavadov özü də Enshede şəhərindədi və gələcək karyerasını harda davam etdirəcəyini müəyyənləşdirməyə çalışır. Maraq üçün xatırladaq ki, "Qarabağ" ötən mövsümün əvvəlində də millimizin hücumçusunu heyətində qatmaq üçün fəal iş aparmışdı. Lakin o vaxt Cavadov "zolaqlılar"ın daha sərfəli təklifini seçərək, Ağdam klubuna kömək etməkdən imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə