Azərbaycan atleti “Moskovski vızov”da qızıl medal qazandı

Azərbaycan atleti “Moskovski vızov”da qızıl medal qazandı
Rusiya paytaxtında Beynəlxalq "Moskovski vızov" yüngül atletika turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, "Lujnıki" stadionunda yüngül atletikanın 14 növü üzrə keçirilən bu turnir Azərbaycan idmançısı Teymur Abbasov üçün uğurlu olub. Teymur Abbasov üç təkanla tullanmada 16,37 metr nəticə göstərərək qızıl medal qazanıb. Yarışların bu növündə ikinci yeri Litva nümayəndəsi Mantas Dilis (16,34 metr), üçüncü yeri isə rusiyalı İqor Spasovxodski (16,24 metr) tutub. "Moskovski vızov" beynəlxalq turnirində ən çox medal qazanan rusiyalı yüngül atletlər olublar. Onlar 12 qələbə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə