Türkiyə
Türkiyədə əlbəttə ki, transferdə ən çox gündəmdə olan klublar İstanbul nəhəngləridir. Siasport.az saytı xəbər verir ki, son günlərdə adı "Qalatasaray\"da hallanan Reyes və Musleranın keçidi hələ də reallaşmayıb. Cim-bomun əzəli rəqibində də vəziyyt fərqli deyil. Belə ki, son günlərdir Sissoko adı "Fənərbaxça" ətrafında dolaşsa da, klub hələ ki, adı çəklilən oyunçu ilə münasibətləri rəsmiləşdirə bilmir. "Beşiktaş" iki oyunçunu icarə götürməklə kifayətləndiyi halda "Trabzonspor"da fırtına öncəsi səssizlikdir.
İngiltərə
"Mançestr Yunayted" "Bləkbern Rovers"dən 19 yaşlı Pil Consu transfer etdi. Gənc oyunçu qırmızı şeytanlarla 5 illik müqaviləyə imza atdı.
"Nothinqem Siti" isə yeni baş məşqiçisi ilə müqavilə imzaladı. Bu, 50 yaşlı Stiv Maklarendi.
Fransa
Geridə qoyduğumuz mövsümün çempionu "Lill" ilk transferini gerçəkləşdirdi. Bu, "Nansi" klubunun 21 yaşlı oyunçusu Ronni Rodeldir. Futbolçu ilə 4 illik müqavilə imzalandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB