Antonio Reyesin "Qalatasaray"a transferi artıq Ünal Aysalın bir kəlməsinə bağlıdır!
İstanbulun "Qalatasaray" futbol klubunun İspaniyanın "Atletiko Madrid" futbol klubunun ulduz futbolçusu Joze Antonio Reyes üçün ispan klubu ilə apardığı danışıqlar sona çatıb.Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun təmsilçisi Alı Gürsoy, aparılan danışıqların müsbət nəticələndiyini bildirərək, son sözün klubun prezidenti Ünal Aysalda olduğunu deyib. A.Gürsoy bildirib ki, burada əsas məsələ transferin maliyyə tərəfidir ki, bu da klub prezidentinin səlahiyyətində olan prosedurdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB