Fatih Terim hansı futbolçunun transfer olunmasını israrla tələb edir?

Fatih Terim hansı futbolçunun transfer olunmasını israrla tələb edir?

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim daha bir ulduz futbolçunun transfer olunaraq onun sərəncamına verilməsini tələb edir. Siasport.az saytı xəbər verir ki, "imperator" artıq klub rəhbərliyini bu məqsədlə hərəkətə keçirib. Belə ki, F.Terimin transfer siyahısında olan futbolçu, İspaniyanın "Atletiko Madrid" futbol klubunun ulduz futbolçusu Joze Antonio Reyesdir. F.Terim, rəhbərliklə görüşərək bu futbolçunun transfer olunmasını israrla tələb edib. Türkiyə mətbuatı xəbər verir ki, "Qalatasaray"ın məsul şəxslərindən sayılan Əli Gürsoy, artıq Madriddə "Atletiko Madrid" təmsilçiləri ilə danışıqlara başlayıb. "Cim bom", qarşı tərəfə 5 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. 27 yaşlı futbolçunu transfer etmək istəyən İstanbul təmsilçisi, qarşı tərəfdən 48 saat ərzində konkret cavab gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə