"Qalatasaray" Fernando Musleranı heyətinə qatır!

"Qalatasaray" Fernando Musleranı heyətinə qatır!

İstanbulun "Qalatasaray" futbol klubu, nəhayət ki, İtaliyanın "Latsio" klubunda çıxış edən futbol üzrə Uruqvay millisinin qolkiperi Fernando Muslerayı transfer etməyə olduqca yaxındır. Siasport.az saytı xəbər verir ki, uruqvaylı qolkiper, ölkəsinin mətbuatına verdiyi müsahibələrdə artıq "Qalatasaray"la razılığa gəldiklərini, çox güman ki, yeni mövsümdən başlayaraq İstanbul klubunda çıxış edəcəyini açıqlayıb. 24 yaşlı qolkiperin transferini tam şəkildə yekunlaşdırmaq üçün İstanbul klubunun prezidenti Ünal Aysalın da bu gün İtaliyaya yollanacağı və "Latsio" prezidenti ilə bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir. 2010-cu il dünya çempionatında ugurlu çıxışı ilə diqqətləri üzərinə çəkən F.Musleranı, eyni zamanda "Arsenal", "Milan" və "Sevilya" da heyətində görmək istəyirdi. Gənc qolkiper isə "Qalatasaray"ı seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə