Azərbaycanı "Böyük Dəbilqə" turnirində kimlər təmsil edəcək?

Azərbaycanı "Böyük Dəbilqə" turnirində kimlər təmsil edəcək?

İyunun 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində London 2012-yə lisenziya xalı verəcək "Böyük Dəbilqə" turniri start götürəcək. JudoOnline.info-dan siasport.az saytına verilən məlumta görə, iki gün davam edəcək yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında ümumilikdə ölkəmizi 9 cüdoçumuz-Nicat Şıxəlizadə, Ilqar Müşkiyev (hər ikisi -60 kq), Tərlan Kərimov (-66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi -81 kq), Elxan Məmmədov (-90 kq), Elmar Qasımov (-100 kq) , Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) təmsil edəcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinin qalibi 300, 2-ci yerin sahibi 180, 3-cü yerin sahibi 120, 5-ci yeri tutan cüdoçu isə aktivinə 60 lisenziya xalı yazdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə