Elmar Baxşiyev: "Neftçi"dən ayrılmağım barədə yayılan xəbərlər həqiqətəuyğun deyil"

Elmar Baxşiyev: "Neftçi"dən ayrılmağım barədə yayılan xəbərlər həqiqətəuyğun deyil"
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi" PFK qarşıdakı yarışa intensiv hazırlaşır. Siasport.az saytı xəbər verir ki, hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan flaqman gündə 2 dəfə məşq edir. Təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi Elmar Baxşiyev klubun rəsmi saytına açıqlama verib: "Flaqmanın heyətində Türkiyədə təlim-məşq toplanışında iştirak edirəm. Yəni, "Neftçi"dən ayrılmağım barədə yayılan xəbərlər həqiqətəuyğun deyil. Mən "Neftçi"nin oyunçusuyam və bütün fikrimi növbəti yarışların hazırlığına yönəltmişəm. Bizi qarşıda mötəbər turnirlər gözləyir. Azərbaycanın ən köklü klubu olan "Neftçi" həmişə qələbəyə layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə