62 illik qadağaya son qoyulub

Çində at yarışı sevənlərin bayramıdır. SİA-nın məlumatına görə, ölkədə 62 ildir hökm edən qadağaya son verilib. Belə ki, Çinin Vuhan şəhərində həftəlik at yarışlarının keçirilməsinə icazə verilib. Səlahiyyətlilərin məlumatına görə, qərar xalq arasında rəğbətlə qarşılanıb. Çində kommunist rəhbərliyi 1949-cu ildəki inqilabdan sonra ölkədə at yarışlarının keçirilməsini qadağan etmişdi. 62 ildən sonra yarışların keçirilməsinə yenidən icazə verilib. İlk yarış avqust ayının sonunda keçiriləcək. Avqustdan başlayaraq da mütəmadi olaraq həftəlik at yarışları keçiriləcək. İlk 6 yarışda 12 at, 200 dən çox at sahibi iştirak edəcəklər. Xalq da öz növbəsində, bu qadağanın aradan qalxmasını sevinclə qarşılayır.

Bütün xəbərlər Facebook səhifəmizdə