İngiltərənin "Mançester Siti" futbol klubu artıq daha bir bahalı transfer həyata keçirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, ərəb şeyxlərinin klubu kimi tanınan Mançester şəhərinin təmsilçisi, İtaliyanın "Udineze" futbol klubunun çilili ulduz futbolçusu Alexis Sançes üçün, heç "Barselona"nın belə yaxın dura bilməyəcəyi transfer məbləği təklif edib. "Skya sport 24" futbol portalının xəbərinə görə, Bir müddət bundan əvvəl İspaniyanın yeni çempionu olan "Barselona" futbol klubu, A. Sançes üçün 18 milyon avro pul və üstində də Bojan Krkici təklif etmişdisə, indi "Mançester Siti" çilili futbolçu üçün italyan klubuna nə az, nə çox,-düz 30 milyon avro təklif edir. Futbol portalının xəbərinə əsasən, artıq ingilis klubunun təmsilçiləri, çilili futbolçu üçün "Udineze" klubunun rəhbərliyi ilə təmaslara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB