Luis Fabiano \"Qalatasaray\"a keçə bilər.

Luis Fabiano \"Qalatasaray\"a keçə bilər.
Luis Fabiano \"Qalatasaraya\" keçə bilər. Siasport.az saytı xəbər verir ki, braziliyalı futbolçu ilə klub rəhbərliyi və Fatih Terim ciddi maraqlanır. F.Terim gəldiyi gündən israrla Fabianonu heyətə qatmağa çalışır. 1,83 sm boya malik olan hücumçu hava toplarında xüsusilə göz oxşayan oyunu ilə seçilir. Yalnız məsələ burasındadır ki, Fabiano iki ay əvvəl \"San Paulo\" klubuna 7,5 milyon avroya keçmişdi. İki aydır zədə səbəbi ilə futbol oynamayan hücumçunun \"Qalatasaray\"ın təklifinə necə cavab verəcəyi maraqla gözlənilir.

Bu arada dərin maddi böhran keçirən \"San Paulo\" rəhbərliyi \"Qalatasarayın 8,5 milyon avro ödəyəcəyi təqdirdə bu transferi sona çatdıra biləcəklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə