\"Qarabağ\" klubu artıq 2010-2011-ci il mövsümünün ilk təlim-məşq topanışına başlayıb. Siasport.az saytı xəbər verir ki, 3 həftə sonra Avroliqanın ilk turunda meydana çıxacaq komanda Bakıda 3 günlük məşqləri başa vuraraq dünən qardaş ölkəyə yola düşüb. Türkiyəyə Bakı - Ankara reysiylə yollanan komanda 10:30-da paytaxtı tərk edib, 2 saat 30 dəqiqə sonra isə Ankaraya çatıb. Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsinə yollanan Ağdam təmsilçisi 5 ulduzlu \"Patalya\" otelində məskunlaşıb. Məlum səbəblərdən \"Qarabağ\" təlim-məşq toplanışına cəmi 12 futbolçuyla yollanıb. Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, Nderim Nedzipi, Namiq Yusifov, İlqar Qurbanov, Qara Qarayevlə yanaşı, icarədən geri dönən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlıyla bərabər, əvəzedici heyətdən Elgiz Kərəmli və Kamil Hüseynov \"kamp\"da ilk gündən iştirak edən futbolçulardır. Millilərin düşərgələrində olma səbəbindən 11 futbolçu isə bir qədər gec düşərgəyə qoşulacaq. Andrey Rubins, Ansi Aqolli və Admir Teli İyunun 12-si, Fərhad Vəliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı, Georgi Adamiya isə 13-ündə komandanın düşərgəsinə qoşulacaq.\"Qarabağ\" dünən 1 məşqi baş tutub. Yerli vaxtla saat 17:00-da komanda məşqə çıxıb. Komandanın baş məşqçisi Qurban Qurbanovun qısa nitqindən sonra futbolçular çalışmağa başlayəblar. Daha çox gücləndirici hərəkətlərə üstünlük verildiyi məşqin sonunda gənclər və təcrübəlilər 2 qrupa bölünərək 2 toxunuşla futbol oynayıblar. İlk yarıda Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, İlqar Qurbanov, Nedzipinin komandası 4:0 öndə olsa da, 2-ci hissədə \"qoca\"ların heyətində məşqçilərdən Elçin Rəhmanov, gənclərdən isə Qurban Qurbanovun oyuna daxil olması vəziyyəti köklü sürətdə dəyişib. Belə ki, baş məşqçinin drujinası 1 top fərqiylə qələbə qazanıb. Bu günə komandanın 2 məşqi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB