İstanbulun \"Qalatasaray\" futbol klubu, müdafiə xəttini gücləndirmək üçün səviyyəli futbolçu axtarışlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun transfer komitəsi, deyəsən axtardığını bu dəfə Portuqaliyada tapıb. Məsələ burasındadır ki, \"cim bom\" təmsilçiləri, UEFA Avropa Liqasının sonuncu finalçısı olan \"Braga\" futbol klubunun braziliyalı forvardı Paulo Afonso ilə danışıqlara başlayıblar. Bu il Portuqaliya klubu ilə müqavilə müddəti bitən 28 yaşlı braziliyalı forvardı konkret şəkildə \"cim bom\"a qazandırmağa çalışan \"Qalatasaray\" rəhbərliyi, futbolçunun meneceri Jorg Mendeslə sabah Lissabonda ciddi müzakirələrə başlayacaqlar. İstanbul klubunun nümayəndələri çalışırlar ki, bu futbolçunun transferini sabah konkret şəkildə həll edib işi imzalama mərhələsinə gətirsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB