İstanbulun "Beşiktaş" futbol klubunun prezidenti Yıldırım Dəmirörən yenə futbolda "qan-qan" deyir. Siasport.az saytı xəbər verir ki, son bir ildə daha çox Avropadakı tanınmış futbol ulduzlarının "Beşiktaş"a səs-küylü transferlərini həyata keçirməklə gündəmə gələn İstanbul klubunun rəhbəri, yenidən bütün dünyada səs salacaq yeni bir futbol ulduzunu transfer etmək ərəfəsində olduqlarını bildirib. Türkiyənin "Fanatik.com" idman saytına müsahibə verən Y.Dəmirörən, bu il klubdan böyük nəticələr gözlədiyini deyərək, daha çox "Beşiktaş"ın Avropada böyük nəticələr əldə etməsini və UEFA Avropa Liqasını qazanmasını istəyib. "Beşiktaş"da heç vaxt transferlərin bitməyəcəyini deyən İstanbul klubunun prezidenti, yeni mövsümü səbirsizliklə gözlədiklərini də dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB